İtaliya Azərbaycandan neft idxalını 48 %-dən çox artırıb
- 19 mart, 2025
- 12:37
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 2 milyon 415 min 530,26 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 366 milyon 256,16 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,3 %, dəyəri isə 34,3 % artıb.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 50,55 % olub.
Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 672 milyon 800,77 min ABŞ dolları dəyərində 4 milyon 778 min 403,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.