İtaliya Azərbaycana elektrik enerjisi sayğaclarının tədarükünü bərpa edib

Energetika
  • 19 aprel, 2022
  • 05:42
İtaliya Azərbaycana elektrik enerjisi sayğaclarının tədarükünü bərpa edib

2022-ci ilin ilk iki ayında Azərbyacana xaricdən 402,95 min ABŞ dolları dəyərində 25 min 254 ədəd elektrik enerjisi sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 47,2 % azalıb, kəmiyyət olaraq – 87,3 % artıb.

Hesabat dövründə Türkiyədən 278,58 min ABŞ dolları dəyərində 21 min 826 ədəd, Çindən 103,87 min ABŞ dolları dəyərində 3 min 290 ədəd, Rusiyadan 15,72 min ABŞ dolları dəyərində 122 ədəd, Almaniyadan 4,68 min ABŞ dolları dəyərində 14 ədəd, İtaliyadan 0,1 min ABŞ dolları dəyərində 2 ədəd cihaz alıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 8,7 dəfə və 11,5 dəfə artıb, Çindən – 85,8 % və 71,6 % azalıb. Ötən ilin yanvar-fevral aylarında Rusiya və Almaniyadan idxal olmayıb. Bir il 4 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib.

44 filmi