İtaliya Azərbaycan neftinin idxalında liderliyini qoruyub saxlayıb

Energetika
  • 17 oktyabr, 2024
  • 08:32
İtaliya Azərbaycan neftinin idxalında liderliyini qoruyub saxlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 6 milyon 575 min 258,94 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 164 milyon 017,95 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 17,66 %, dəyəri isə 16,49 % azdır.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 37,34 % olub.

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti