İsveçrə Azərbaycana polietilen ixracını bərpa edib
- 28 iyun, 2022
- 07:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 53,65 milyon ABŞ dolları dəyərində 38 min 387 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,2 % çoxdur, kəmiyyət olaraq – 15,3 % azdır.
Azərbaycandan Türkiyəyə 21,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 63 % çoxdur) 16 min 033 ton (+45,7 %), Rusiyaya 13,5 milyon ABŞ dolları dəyərində (+32 %) 8 min 618 ton (-8,9 %), Çinə 9,65 milyon ABŞ dolları dəyərində (+6,3 %) 7 min 740 ton (-5,7 %), Litvaya 3,55 milyon ABŞ dolları dəyərində (-22 %) 2 min 247 ton (-29,6 %), Qazaxıstana 1,8 milyon ABŞ dolları dəyərində (+20,7 dəfə) 1 min 230 ton (+20 dəfə) məhsul göndərilib.
Hesabat dövründə ölkəmizə 18 milyon ABŞ dolları dəyərində 12 min 621 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 82,7 % çoxdur.
İrandan 12,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,5 dəfə artıb) 9 min 218 ton (+96,8 %), Səudiyyə Ərəbistanından 2,3 milyon ABŞ dolları dəyərində (+61 %) 1 min 931 ton (+46,1 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 896 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 418,2 ton (+5,4 dəfə), Koreyadan 474 min ABŞ dolları dəyərində (-5,6 %) 167 ton (-35,2 %), İsveçdən 424 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 158 ton (+97,5 %) məhsul alıb.
Bir il 3 aylıq fasilənin ardınadan İsveçrə Azərbaycana polietilen tədarükünü bərpa edib. Bu ölkədən 125 min ABŞ dolları dəyərində 48 ton məhsul idxal edilib.