Energetika naziri Pərviz Şahbazov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.
Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Bildirilib ki, İsrail Azərbaycan üçün vacib tərəfdaş olduğu qədər, Azərbaycan da İsrailin enerji təhlükəsizliyi üçün bir o qədər əhəmiyyət kəsb edən ölkədir və İsrailin neft idxalının əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür. Azərbaycanda energetika sahəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib, bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübəyə və texnologiyalara malik İsrail şirkətləri ilə əməkdaşlıq üçün potensialın olduğu qeyd edilib. Gələcəkdə ölkəmizdə təşkil ediləcək bərpa olunan enerji hərraclarında İsrail şirkətlərinin iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.