İsrailin keçmiş xarici işlər naziri: “Azərbaycan Avropaya enerji resurslarının mühüm tədarükçüsüdür”

Energetika
  • 17 iyun, 2022
  • 13:59
İsrailin keçmiş xarici işlər naziri: “Azərbaycan Avropaya enerji resurslarının mühüm tədarükçüsüdür”

“Azərbaycan Avropaya enerji təchizatı probleminin həllinə töhfə verir”.

Bunu “Report”a açıqlamasında İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni deyib.

“Hamımız Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış dəhşətli vəziyyətlə üzləşmişik. Hazırda bunun necə və nə vaxt həll oluna biləcəyi müzakirə edilir. Azərbaycanın töhfəsi təkcə analoji forumun [IX Qlobal Bakı Forumu] keçirilməsində deyil, həm də enerji resurslarının təchizatındadır. Avropaya çatdırılma ən mühüm məsələlərdən biridir. Avropada elə ölkələr var ki, insanlar təbii qazsız, işıqsız qalıblar”, - deyə T.Livni bildirib.