İsrail Azərbaycandan neft idxalını 2 dəfə artırıb

İsrail Azərbaycandan neft idxalını 2 dəfə artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan İsrailə 790 min 540,03 ton xam neft ixrac edilib
Energetika
23 May , 2022 14:10
İsrail Azərbaycandan neft idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan İsrailə 790 min 540,03 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 539 milyon 175,9 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun həcmi 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2 dəfə, dəyəri isə 3,2 dəfə çoxdur.

Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,33 % olub. İsrail həcmlərinə görə Azərbaycandan xam neft ixrac edən ikinci ölkədir. Ötən ilin eyni dövründə isə bu siyahıda altıncı olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumilikdə 9 milyon 481 min 168,95 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 6 milyard 544 milyon 674,13 min ABŞ dolları təşkil edib.

Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.

Son xəbərlər

Orphus sistemi