İspaniya şirkəti böyük həcmdə neftin okeana dağıldığını etiraf edib

İspaniya şirkəti böyük həcmdə neftin okeana dağıldığını etiraf edib 10 min bareldən çox neft Perunun paytaxtı Limadan şimalda Sakit okeana dağılıb
Energetika
29 Yanvar , 2022 08:38
İspaniya şirkəti böyük həcmdə neftin okeana dağıldığını etiraf edib

10 min bareldən çox neft Perunun paytaxtı Limadan şimalda Sakit okeana dağılıb.

“Report” xəbər verir ki, bunu İspaniyanın “Repsol” şirkəti etiraf edib.

“Mövcud texniki məlumatlara əsasən, dağılan neftin həcminin 10 396 barel olduğunu bildirməyə hazırıq ki, bunun 35 %-i su və çimərlik təmizləmə işləri sayəsində artıq toplanıb”, - şirkətin açıqlamasında qeyd olunub.

Perunun ətraf mühit naziri Ruben Ramires, öz növbəsində, 11,9 min barel neftin okeana töküldüyünü bildirib. Nazirliyin feysbuk səhifəsində yayımlanan mətbuat konfransında o, zərərin 11 637 hektar su və quru ərazilərə dəydini vurğulayıb.

Qeyd edək ki, neft sızması yanvarın 15-də Limanın şimalında yerləşən Ventanilla bölgəsindəki “Repsol” neft emalı zavodunda tankerin boşaldılması zamanı baş verib. Ölkə prokurorluğu ətraf mühitə dəyən ziyanla bağlı araşdırmalara başlayıb.

Peru rəhbərliyi “Repsol”dan təzminat tələb edib. Şirkət iddia edir ki, neft sızıntısına səbəb Tonqa Krallığında Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi nəticəsində yaranan yüksək dalğalar olub.

Son xəbərlər

Orphus sistemi