İranın veteran neft naziri istefaya gedərək karyerasını bitirir

İranın veteran neft naziri istefaya gedərək karyerasını bitirir O, gələn ay Ruhaninin əvəzinə seçiləcək yeni prezidentin heç bir təklifini qəbul etməyəcəyini bildirib
Energetika
18 May , 2021 17:20
İranın veteran neft naziri istefaya gedərək karyerasını bitirir
Bijan Namdar Zəngənə

İranın neft naziri Bijan Namdar Zəngənə hazırkı prezident Həsən Ruhaninin səlahiyyət müddətinin bu il bitməsindən sonra istefa verəcək.

“Report” “World Oil” nəşrinə istinadən xəbər verir ki, bununla da neft sənayesinin veteranı 1979-cu ildə İran İslam Respublikasının yaranması ilə başlamış karyerasını başa vuracaq.

Zəngənə sələfləri ilə müqayisədə daha uzun müddət - 1997-ci ildən neft naziri olub.

O, gələn ay Ruhaninin əvəzinə seçiləcək yeni prezidentin heç bir təklifini qəbul etməyəcəyini bildirib.

“Nəinki nazir olmağı, hətta prezident kürsüsünü belə təklif etsələr, qəbul etməyəcəyəm”, – 68 yaşlı neft mühəndisi Tehranda jurnalistlərə deyib.

İkinci prezidentlik dövrünü başa vuran Ruhani iyunun 18-də keçiriləcək prezident seçkilərindən təxminən iki ay sonra istefa verəcək.

“Bu, bütöv bir dövrün sonudur”, – “RBC Capital Markets” şirkətinin əmtəə malları üzrə baş strateqi Helima Kroft Zəngənənin yeni hökumətdə vəzifədən imtina etməsilə bağlı deyib.

Onun sözlərinə görə, Zəngənə “OPEC”dəki həmkarları tərəfindən çox hörmət edilən səriştəli diplomat və texnokratdır.

Son xəbərlər

Orphus sistemi