İran və Azərbaycan qaz sazişinin icra mərhələlərinin hazırlanmasını müzakirə edib

İran və Azərbaycan qaz sazişinin icra mərhələlərinin hazırlanmasını müzakirə edib İranın neft naziri Cavad Ovci Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Energetika
9 Dekabr , 2021 16:25
 İran və Azərbaycan qaz sazişinin icra mərhələlərinin hazırlanmasını müzakirə edib

İran və Azərbaycan üçtərəfli qaz mübadiləsi sazişinin icrası və sazişin icra mərhələlərinin hazırlanmasını müzakirə ediblər.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu, İranın neft naziri Cavad Ovci Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub.

Qeyd edək ki, bu ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Görüşdə C.Ovci, neft və qaz sahəsində ikitərəfli münasibətlərin və Tehran-Bakı əməkdaşlığının inkişaf etdirilməsi vacibliyini vurğulayıb.

Xəzər dənizi regionunda enerji sahəsində əlaqələrin inkişafı və əməkdaşlığın gücləndirilməsi Azərbaycan nümayəndə heyətinin neft naziri ilə danışıqlarının mövzularından olub.

Son xəbərlər

Orphus sistemi