İran şirkəti üç ölkənin elektrik şəbəkələrini birləşdirmək üçün əsaslandırma hazırlayacaq

İran şirkəti üç ölkənin elektrik şəbəkələrini birləşdirmək üçün əsaslandırma hazırlayacaq “Hazırda enerji sistemlərinin qoşulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlər davam etdirilir".
Energetika
20 Sentyabr , 2021 14:11
İran şirkəti üç ölkənin elektrik şəbəkələrini birləşdirmək üçün əsaslandırma hazırlayacaq

Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının elektrik şəbəkələrinin birləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanı "Monenco Iran” beynəlxalq mühəndislik və konsaltinq şirkəti hazırlayacaq.

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

“Hazırda enerji sistemlərinin qoşulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlər davam etdirilir. Texniki-iqtisadi əsaslandırmanın nəticələri həm enerji körpüsünün marşrutunu müəyyən etməyə, həm də iqtisadi səmərəliliyini ortaya qoymağa imkan verəcək”, - nazir bildirib.

Pərviz Şahbazov xatırladıb ki, 2019-cu ildə "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin birləşdirilməsi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının birgə hazırlanması haqqında müqavilə imzalanıb.

Onun sözlərinə görə, bu müqavilə Azərbaycanın “Azərenerji” ASC, İranın “Tavanir” və Rusiyanın “Rosset” şirkətləri arasında imzalanıb.

Son xəbərlər

Orphus sistemi