İran qaz hasilatını artırmağı planlaşdırır
Energetika
- 03 mart, 2024
- 13:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran qaz hasilatını artırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu Əlcəzairdə keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun VII sammitində İran İslam Respublikasının neft naziri Cavad Övci deyib.
Onun sözlərinə görə, İran yaxın beş ildə qaz hasilatını bugünkü 1,07 milyard kubmetrdən 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Nazir əlavə edib ki, bu məqsədə nail olmaq üçün ölkə qaz hasilatı kompleksinə 80 milyard dollardan çox vəsait ayıracaq.
Qeyd edək ki, dünyanın ən böyük qaz ehtiyatları Rusiyada (təxminən 25%), İranda (təxminən 17%) və Qətərdə (təxminən 12%) yerləşir.
Son xəbərlər
15:30
Aral Şimşir Türkiyə millisinin heyətindən çıxarılıb
Futbol
15:30
Medinski Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların yekunlarını şərh edib
Digər ölkələr
15:28
Gələn il "Mərkəzi Asiya-Azərbaycan - İspaniya" forumu keçirilə bilər
Xarici siyasət
15:21
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Maliyyə
15:15
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
Xarici siyasət
15:13
Ərdoğan: İqlim fəlakətindən ən çox əziyyət çəkənlər buna heç bir təsiri olmayan ölkələrdir
Region
15:11
Foto
Video
İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - Yenilənib-3
Xarici siyasət
15:09
Gideon Saar İsrailin daxili işlər naziri postuna təsdiqlənib
Digər ölkələr
15:04
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib
Xarici siyasət