İran OPEC-in icazəsi olmadan neft hasilatını artırmaq niyyətindədir

İran OPEC-in icazəsi olmadan neft hasilatını artırmaq niyyətindədir Zəngənə: "İcazəyə ehtiyac yoxdur, bu, bizim haqqımızdır".
Energetika
14 Dekabr , 2020 14:52
İran OPEC-in icazəsi olmadan neft hasilatını artırmaq niyyətindədir

"İran gələn il neft hasilatını artırmaq üçün OPEC-dən hər hansı bir icazə almaq niyyətində deyil".

“Report” IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Nəmdar Zəngənə bildirib.

Daha əvvəl B.N.Zəngənə rəhbərlik etdiyi qurumun 2021-ci ilin martından başlayacaq yeni maliyyə ili üçün planlarını təqdim edib və İranın gündəlik 4,5 milyon barel neft və qaz kondensatı hasil etmək niyyətində olduğunu söyləyib. Plana görə, bu həcmin yarısından çoxu ixrac ediləcək, qalan hissəsi isə daxili istehlak üçün istifadə olunacaq.

“İcazəyə ehtiyac yoxdur, bu, bizim haqqımızdır, amma problem yoxdur, neft hasilatını artırmaq üçün heç kimdən icazə istəməyəcəyik. Amma, əlbəttə ki, gözləmək lazımdır”, - nazir OPEC ölkələrinin hasilatı azaltmağa çalışdığı zamanda İranın neft hasilatını artırmaq üçün necə icazə alacağı ilə bağlı sualı cavablandırarkən söyləyib.

“Shana” agentliyinin yayımladığı nitqdən göründüyü kimi, o, həmçinin gündəlik neft ixracatını 2,3 milyon barrelə çatdırmağın reallaşdırılacaq vəzifə olduğunu vurğulayıb.

Xatırladaq ki, noyabrda İranın planlaşdırma və büdcə təşkilatının rəhbər müavini Həmid Purməhəmmədi İranın bu il gündəlik orta hesabla 600-700 min barel neft satdığını bildirmişdi.

Bundan əvvəl İran Prezidenti Həsən Ruhani İranın son illərdəki ixracatında ciddi azalmanın fonunda Tehranın 2021-ci ildə gündəlik 2,3 milyon bareldən çox neft satmağı planlaşdırdığını bildirmişdi.

Amma qeyd olunmalıdır ki, belə rəqəmlər ABŞ-ın İranın digər ölkələrə neft tədarükünə mane olan sanksiyaları tətbiq etməsindən əvvəl olub.

Son xəbərlər

Orphus sistemi