İrakli Kobaxidze: “2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır”

İrakli Kobaxidze: “2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır” Bizim qarşımızda strateji vəzifə var, 2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır və bu məqsədə çatmaq üçün hər şey edilir.
Energetika
28 İyun , 2024 14:36
İrakli Kobaxidze: “2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır”

Gürcüstan 2030-cu ilə qədər enerji sahəsində milli istehsalı istehlakdan çox olmasını planlaşdırır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatında bildirib.

Onun sözlərinə görə, ölkənin qarşısında strateji vəzifə var: “2030-cu ilə qədər enerji sahəsində milli istehsal istehlakdan çox olmalıdır və bu məqsədə çatmaq üçün hər şey edilir”.

Hökumət başçısı qeyd edib ki, yeni elektrik stansiyalarının tikintisi ilə bağlı 284 müqavilə imzalanıb: “Onlardan 214-ü su elektrik stansiyası, 26-sı külək, 44-ü isə günəş elektrik stansiyasıdır. Əminik ki, bütün müvafiq layihələr uğurla həyata keçiriləcək”.

O, həmçinin vurğulayıb ki, yeni elektrik verilişi xətlərinin tikintisi də fəal şəkildə davam etdirilir: “Biz Qara dənizin sualtı elektrik ötürücü kabeli layihəsi üzərində fəal işləyirik, onun texniki-iqtisadi əsaslandırması təxminən bir ay ərzində, iyulda tamamlanacaq".

Son xəbərlər

Orphus sistemi