İoannis Maris: “TAP infrastrukturu hidrogen nəqli üçün yenilənə bilər”

İoannis Maris: “TAP infrastrukturu hidrogen nəqli üçün yenilənə bilər” Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) infrastrukturu hidrogen nəqli üçün yenilənə bilər.
Energetika
4 İyul , 2022 17:31
İoannis Maris: “TAP infrastrukturu hidrogen nəqli üçün yenilənə bilər”

Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) infrastrukturu hidrogen nəqli üçün yenilənə bilər.

"Report" xəbər verir ki, bu barədə TAP-ın Yunanıstandakı nümayəndəsi İoannis Maris bildirib.

“Yunanıstan hidrogenində əlavə dəyər zəncirinin yaradılması” konfransında çıxış edən İ. Maris bildirib ki, TAP davamlı gələcəyi hədəfləyir: “Biz infrastrukturumuzu hidrogenin nəqlinə çevirmək istəyirik”.

Qeyd edək ki, hazırda Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb

Son xəbərlər

Orphus sistemi