İmişlidə 730 əhali abunəçisinin təbii qaz təchizatı yaxşılaşdırılacaq

İmişlidə 730 əhali abunəçisinin təbii qaz təchizatı yaxşılaşdırılacaq İmişli rayonunun 213 fərdi yaşayış evindən ibarət Kürdmahmudlu, həmçinin 403 fərdi yaşayış evi olan Xəlfəli kəndlərində tikinti-quraşdırma işləri davam edir.
Energetika
28 Mart , 2022 12:02
İmişlidə 730 əhali abunəçisinin təbii qaz təchizatı yaxşılaşdırılacaq

İmişli rayonunun 213 fərdi yaşayış evindən ibarət Kürdmahmudlu, həmçinin 403 fərdi yaşayış evi olan Xəlfəli kəndlərində tikinti-quraşdırma işləri davam edir.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilən kəndlərin qazlaşdırılması məqsədilə "Azəriqaz"ın daxili imkanları hesabına 91,6 min metr müxtəlif diametrli yeraltı daşıyıcı və yerüstü polad borularla paylayıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulur.

Bundan əlavə "Azəriqaz" regionlarda, o cümlədən Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisinə daxil olan rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması işlərini qrafikə uyğun olaraq həyata keçirir. İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin Salyan RQİİ Təmir-tikinti Sahəsi Şirvan şəhərinin İ.Qayıbov küçəsində istehlakçıların təbii qaz təchizatının daha da yaxşılaşdırılması, eləcə də təbii qazın təhlükəsiz çatdırılması məqsədilə uzun müddət torpaqla təmasda olan, istismar müddəti başa çatan müxtəlif diametrli aşağı təzyiqli dairəvi qaz kəmərinin diametri 89 mm, uzunluğu 765 metr olan yerüstü daşıyıcı qaz kəməri ilə əvəz olunması işlərini davam etdirir. İşlər yekunlaşdıqdan sonra 730 əhali abonentinin qaz təchizatı yaxşılaşacaq.

Son xəbərlər

Orphus sistemi