IMF qarşıdakı illər üçün Azərbaycan neftinin qiymətini proqnozlaşdırıb
- 31 oktyabr, 2024
- 16:01
Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanda hasil olunan xam neftin bir barelinin qiymətinin 79,6 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə IMF-in "Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında qeyd olunur.
Hesabata əsasən, bu, 2023-cü ilin göstəricisindən 24,4 ABŞ dolları və ya 44,2 % çoxdur.
Proqnozlara görə, 2025-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti 73,2 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 6,4 ABŞ dolları və ya 8,04 % azdır.
Azərbaycan neftinin qiymətinə dair bu ilki proqnoz 2022-ci illə müqayisədə 12,3 ABŞ dolları (18,3 %), 2021-ci ilə nisbətən isə 22,1 ABŞ dolları (38,4 %) çoxdur.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 ABŞ dolları və 2026-2028-ci illər üçün 65 ABŞ dolları fərz edilib.