IMF: Azərbaycan 2031-ci ilə qədər qaz hasilatı və ixracı sabit səviyyədə saxlayacaq
- 01 may, 2025
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci və 2026-cı illərdə Azərbaycanda təbii qazın orta gündəlik hasilatının neft ekvivalenti ilə 0,9 milyon barel səviyyəsində olacağı gözlənilir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında deyilir.
Eyni həcmdə hasilat 2030-cu ildə də gözlənilir.
IMF-in proqnozlarına görə, cari ildə Azərbaycan təbii qazının orta gündəlik ixrac həcmi neft ekvivalenti ilə 0,5 milyon barel təşkil edəcək. Fondun qiymətləndirməsinə görə, bu göstərici həm 2026-cı ildə, həm də 2030-cu ildə eyni səviyyədə qalacaq.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 50,3 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 4,14 % çoxdur. Ötən il Azərbaycan 25 milyard 772 milyon 217,76 min kubmetr təbii qaz ixrac edib (illik müqayisədə 3,2 % azalma).