İlk rübdə AÇG-dən hasilat azalıb

Energetika
  • 05 may, 2022
  • 08:36
İlk rübdə AÇG-dən hasilat azalıb

Bu ilin ilk rübü ərzinndə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda hasilatın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 11,36 % azalıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabata görə, rüb ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (25 000 barel), “Mərkəzi Azəri” (106 000 barel), “Qərbi Azəri” (112 000 barel), “Şərqi Azəri” (70 000 barel), “Dərinsulu Günəşli” (79 000 barel) və “Qərbi Çıraq” (42 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 434 min barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Hesabat dövründə AÇG-də 3 neft hasilatı quyusu qazılıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti