İlham Əliyev: "Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb"

İlham Əliyev: "Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb" Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb.
Energetika
2 Fevral , 2023 14:18
İlham Əliyev: Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb
İlham Əliyev

Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edərkən deyib.

Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev hər iki tədbirin bir-birini tamamladığını deyib.

Son xəbərlər

Orphus sistemi