İlham Əliyev: "Azərbaycan keçən il beynəlxalq bazarlara 19 milyard kubmetr təbii qaz ixrac edib"

İlham Əliyev: "Azərbaycan keçən il beynəlxalq bazarlara 19 milyard kubmetr təbii qaz ixrac edib" "Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib".
Energetika
4 Fevral , 2022 18:00
İlham Əliyev: Azərbaycan keçən il beynəlxalq bazarlara 19 milyard kubmetr təbii qaz ixrac edib

"Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8,5 milyard kubmetri Türkiyəyə, təxminən 7 milyard kubmetri İtaliyaya, yerdə qalanı isə Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

Bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur”.

Son xəbərlər

Orphus sistemi