IGB Azərbaycan qazını Avropa platforması ilə satışını həyata keçirəcək

Energetika
  • 26 yanvar, 2022
  • 06:06
IGB Azərbaycan qazını Avropa platforması ilə satışını həyata keçirəcək

Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan – Bolqarıstan interkonnektorunun həyata keçirilməsinə cavabdeh olan ICGB layihə şirkəti “PRISMA” platforması vasitəsilə Yunanıstanda DESFA və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə qarşılıqlı əlaqə nöqtələrində həcmlərini hərraca çıxaracaq.

“Report”un İGB layihəsi şirkətinə istinadən verdiyi məlumata görə, IGB Avropanın aparıcı qaz satışı ticarət platforması olan “PRISMA European Capacity Platform GmbH” ilə müqavilə imzalayıb. Bu, boru kəmərinin kommersiya istismarına başlamasına hazırlıqda mühüm mərhələ olub.

Xatırladaq ki, IGB boru kəmərinin Yunanıstandan Bolqarıstan istiqamətində illik ötürücülük gücü 3 milyard kubmetr təşkil edir. Bazar marağı olarsa, bu həcmləri reversi təmin etməklə 5 milyard kubmetrə qədər artırıla bilər. Hazırda interkonnektorun ötürücülük gücünün yarıısı artıq rezerv edilib ki, bu da cəmi 1,57 milyard kubmetr təşkil edir.

ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgiyeva bildirib ki, bu öütücülük güclərini rezerv edən beş yükgöndərən şirkətlərdən dördü Bolqarıstan bazarı üçün tamamilə yenidir: “Bu, bizi layihəyə beynəlxalq və bazar marağının yalnız kommersiya mərhələsinə salındıqdan sonra artacağına inanmağa vadar edir. Platformada təbii qaz ötürmə operatoru kimi qeyd olunması ICGB-yə yeni bazarlar hədəfləməyə imkan verəcək, Bolqarıstan və Yunanıstanın regionun enerji xəritəsindəki mövqelərini daha da gücləndirəcək”.

Hazırda “PRISMA” 40-dan çox infrastruktur operatorunu əhatə edən 19 bazarı birləşdirir. Platforma 660-dan çox yükgöndərən şirkət ilə işləyir və ötürücü operatorlara öz məhsullarını şəffaf və təhlükəsiz şəkildə bazara çıxarmağa imkan verir.

“PRISMA” platformasının idarəedici direktoru Höts Linke bildirib ki, ICGB-nin “PRISMA”ya qoşulması Şərqi Avropa bazarının yaxşı qurulmuş Avropa operatorlar birliyinə inteqrasiyası istiqamətində mühüm addımdır. Bu da, qaz bazarının harmonizasiyasını və şəffaflığını artırır”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.