IFC Xəzərdə külək enerjisi ilə bağlı yol xəritəsi hazırlayıb

IFC Xəzərdə külək enerjisi ilə bağlı yol xəritəsi hazırlayıb ​​​​​​​Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birlikdə Xəzər dənizində külək enerjisi potensialdan səmərəli istifadə istiqamətində yol xəritəsi artıq işlənib hazırlanıb
Energetika
27 May , 2022 15:11
IFC Xəzərdə külək enerjisi ilə bağlı yol xəritəsi hazırlayıb
Təbriz Əmmayev

Azərbaycan Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birlikdə Xəzər dənizində külək enerjisi potensialdan səmərəli istifadə istiqamətində yol xəritəsi artıq işlənib hazırlanıb.

Bunu “Report”a müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev bildirib.

Onun sözlərinə görə, Dünya Bankı tərəfindən aparılmış təhlillərə əsasən Xəzərin texniki potensialı 157 gigavatdır: “Bu isə ölkədə olan cari qoyuluş gücündən dəfələrlə çoxdur”.

Agentliyinin direktor müavini bildirib ki, eyni zamanda "ACWA Power" və "Masdar" şirkətləri ilə ayrı-ayrılıqda anlaşma memorandumu imzalanıb: “Artıq müvafiq təhlillərin aparılması işlərini həyata keçiririk. Hazırda hansı ərazilərdə turbinlər quraşdırıla bilər və istehsal oluna biləcək elektrik enerjisi şəbəkəyə hansı yollarla inteqrasiya ediləcək, ixrac potensialı və s. bu kimi məsələlər araşdırılır”.

O, həmçinin qeyd edib ki, eyni zamanda "yaşıl" hidrogen istehsalı və onun ixracı imkanları da təhlil edilir.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi