İEA: "Yanvarda Azərbaycan “OPEC+” sazişi üzrə neft hasilatı planından geriləyib"
- 15 fevral, 2024
- 11:22
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 0,47 milyon barel təşkil edib.
Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral ayı üzrə açıqladığı hesabatına əsasən xəbər verir.
Bildirilir ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu qərəm 0,01 milyon barel və ya 2,1 % azdır.
IEA analitiklərinin hesablamalarına görə, yanvarda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan sutkada 0,8 milyon barel geriləyib. Ötən ay Azərbaycanın neft hasilatı üzrə proqnozu 0,55 milyon barel təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.