IEA Rusiyanı Avropaya təbii qaz tədarükünü artırmağa çağırıb

IEA Rusiyanı Avropaya təbii qaz tədarükünü artırmağa çağırıb Rusiya Avropanı təbii qazla tədarük etmək üçün daha çox iş görməli və etibarlı təchizatçı olduğunu nümayiş etdirməlidir.
Energetika
21 Sentyabr , 2021 16:32
IEA Rusiyanı Avropaya təbii qaz tədarükünü artırmağa çağırıb

Rusiya Avropanı təbii qazla tədarük etmək üçün daha çox iş görməli və etibarlı təchizatçı olduğunu nümayiş etdirməlidir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) açıqlamasında bildirilir.

Qurumda hesab edirlər ki, Avropada "mavi yanacağ"ın kəskin bahalaşmasına qarşı tədbirlər görülməlidir, əks halda qitə ölkələrinin qaz bazarı daha çox təzyiqlə üzləşə bilər.

Xatırladaq ki, bu ilin əvvəlindən Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti təxminən 4 dəfə artıb və hazırda 800 - 900 ABŞ dolları civarındadır. Bahalaşma qışın yaxınlaşması ilə əlaqədar anbarlara əvvəlki vaxtlarla müqayisədə çox qaz vurulması, Rusiyanın Ukrayna və Belarus (Yamal kəməri) üzərindən qaz tədarükünü azaltması fonunda baş verir.

Məsələn, “Independent Commodity Intelligence Service”in (ICIS) məlumatına görə, Yamal kəməri ilə avqustda gündəlik 21 milyon kubmetr qaz ötürülüb. Halbuki bu rəqəm vaxtilə 81 milyon kubmetr təşkil edib.

Son xəbərlər

Orphus sistemi