IEA qeyri-OPEC ölkələrinin neft tədarükü ilə bağlı proqnozunu artırıb

IEA qeyri-OPEC ölkələrinin neft tədarükü ilə bağlı proqnozunu artırıb 2021-ci ildə OPEC-ə üzv olmayan ölkələrin neft tədarükü cari ilə nisbətən gündəlik 540 min barel artaraq 63,55 milyon barel/günə çatacaq
Energetika
15 Dekabr , 2020 18:52
IEA qeyri-OPEC ölkələrinin neft tədarükü ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Energetika Agentliyi (IEA) OPEC-ə üzv olmayan ölkələr tərəfindən neft tədarük həcminin 2020-ci ildə gündəlik 63,01 milyon barelə qədər azalacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bunu qurumun dekabr hesabatında görmək olar.

2019-cu ilin göstəricisinə nisbətən tədarük həcmi gündəlik 2,6 milyon barel azala bilər.

Əvvəlki hesabatda təşkilat OPEC xaricindəki ölkələr tərəfindən neft tədarükünün gündəlik 2,58 milyon barel azalaraq 62,97 milyon barel/günə enəcəyini proqnozlaşdırmışdı. Agentliyin hesablamalarına görə, 2019-cu ildə OPEC xaricindəki ölkələr tərəfindən neft tədarükünün həcmi gündəlik 65,61 milyon barel təşkil edib.

IEA-nın proqnozuna görə, 2021-ci ildə OPEC-ə üzv olmayan ölkələrin neft tədarükü cari ilə nisbətən gündəlik 540 min barel artaraq 63,55 milyon barel/günə çatacaq. Öncəki hesabatda agentlik OPEC-ə üzv olmayan ölkələr tərəfindən neft tədarükünün 2021-ci ildə gündəlik 480 min barel artaraq 63,45 milyon barel/günə çatacağını proqnozlaşdırmışdı.

Son xəbərlər

Orphus sistemi