İEA: "Azərbaycan “OPEC+” sazişi üzrə neft hasilatı planından geriləyib"

Energetika
  • 14 dekabr, 2023
  • 10:41
İEA: Azərbaycan “OPEC+” sazişi üzrə neft hasilatı planından geriləyib

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 0,49 milyon barel təşkil edib.

Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına əsasən xəbər verir.

Bildirilir ki, oktyabr ayında da bu göstərici eyni səviyyədə olub.

IEA analitiklərinin hesablamalarına görə, noyabrda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan sutkada 0,19 milyon barel geriləyib. Ötən ay Azərbaycanın neft hasilatı üzrə proqnozu 0,68 milyon barel təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.