IEA neftin qiyməti üzrə proqnozunu azaldıb

IEA neftin qiyməti üzrə proqnozunu azaldıb Neft sektorunun inkişafı qiymətləri aşağı salacaq
Energetika
14 Noyabr , 2017 10:13
IEA neftin qiyməti üzrə proqnozunu azaldıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Beynəlxalq Energetika Agentliyi (IEA) 2025-ci il üçün neft qiyməti ilə bağlı proqnozunu 18% azaldaraq 83 dollar/barel, 2040-cı il üçün isə 11% azaldaraq 111 dollar/barelə endirib. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə IEA-nın "World Energy Outlook-2017" hesabatında qeyd olunub.

"Yeni ssenariyə görə, neft ölkələrinin planları və açıqlamaları nəzərə alınmaqla qiymətlərdə ən çox azalma məhz 2025-ci ilə qədər baş verəcək. Daha sonra 2040-cı ilə qədər qiymətlər nisbətən sürətlə artacaq", -  hesabatda bildirilir.

Agentlik həmçinin qeyd edib ki, proqnozlarda dəyişikliklər əsasən 3 amillə izah olunur. Bunlardan birincisi ABŞ-da şist neft və qaz kondensatı ehtiyatları ilə bağlı proqnozun 80 mlrd. bareldən 105 mlrd. barelə qədər artırılması, ikincisi tədricən hasilat xərclərinin maya dəyərinin azalması və nəticədə, təklif olunacaq neftin qiymətinin aşağı salınması, üçüncüsü isə hasilat layihələrinin başa çatma müddətinin azalması fonunda qısamüddətli investisiyaların artmasıdır. Bu, şirkətlərə neftə tələbat artdıqda bazarı qısa zamanda zəruri neftlə təmin etməsinə imkan verəcək.