IEA Azərbaycanın OPEC razılaşmasının yerinə yetirilmə səviyyəsini açıqlayıb

Energetika
  • 11 avqust, 2022
  • 10:04
IEA Azərbaycanın OPEC razılaşmasının yerinə yetirilmə səviyyəsini açıqlayıb

Bu ilin iyul ayında Azərbaycan Neft İxrac Edən Ölkələrin (OPEC) neft hasılatının azaldılması ilə bağlı razılaşmasını 1 301 % yerinə yetirib.

Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına (IEA Oil Market Report -OMR) istinadən məlumat verib.

Hesabata əsasən, bu ilin iyul ayında Azərbaycanın gündəlik neft hasilatı 560 min barel təşkil edib. Bu, iyun ayı ilə müqayisədə 40 min barel və ya 7,7 % çoxdur.

Qeyd edək ki, Azərbaycanın iyul ayı üçün neft hasilatı proqnozu 710 min barel təşkil edirdi.

Bu ilin iyul ayında Rusiya OPEC neft hasılatının azaldılması ilə bağlı razılaşmasını 719 %, Qazaxıstan isə 1 007 % yerinə yetirib.

Ümumilikdə isə OPEC-ə üzv olan ölkələr iyulda razılaşmanı 359 %, qeyri-OPEC ölkələri isə 800 % yerinə yetiriblər.

44 filmi