IEA: Azərbaycan avqustda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Energetika
  • 12 sentyabr, 2024
  • 09:11
IEA: Azərbaycan avqustda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 480 min barel təşkil edib.

"Report" bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Bildirilib ki, bu göstərici iyul ayı səviyyəsində olub.

IEA analitiklərinin hesablamalarına görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan sutkada 70 min barel geri qalıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.

Bundan əvvəl Azərbaycanın Energetika Nazirliyi ölkədə gündəlik neft hasilatının 478 min barel təşkil etdiyini, OPEC kvotasından geri qalmanın sutkada 73 min barel olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti