Yuxarı

IEA: 2024-cü ilə qədər alternativ enerji istehsalı 50% artacaq

IEA: 2024-cü ilə qədər alternativ enerji istehsalı 50% artacaq

2024-cü ilə qədər dünyada bərpa olunan (alternativ) mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50% artaraq 3 721 giqavat-a çatacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Bərpa olunan enerji 2019" məruzəsində bildirilir. 

Xatırladaq ki, ötən il dünyada alternativ enerjinin quraşdırılmış gücü 2 501 giqavat olub. Bunun 1 290 giqavat-ı su elektrik stansiyalarının, 565 giqavat-ı külək elektrik stansiyalarında, 496 giqavat-ı isə günəş elektrik stansiyalarında formalaşıb. 

2024-cü ildə günəş enerjisi üzrə istehsal gücünün 1 195 giqavat-a, külək enerjisi üzrə istehsal gücünün isə1 411 giqavat-a çatacağı gözlənilir. 

Proqnoza görə 5 ildən sonra ən çox alternativ enerji Çində (1 219 giqavat), ABŞ-da (411 giqavat) və Hindistanda (235 giqavat) istehsal ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi