IEA 2022-2023-cü illər üzrə qlobal neft hasilatı proqnozunu artırıb

IEA 2022-2023-cü illər üzrə qlobal neft hasilatı proqnozunu artırıb 2023-cü ildə dünyada neft hasilatının artım tempi 0,77 milyon barel artaraq sutkada 100,8 milyon barelə çatacaq.
Energetika
14 Dekabr , 2022 17:35
IEA 2022-2023-cü illər üzrə qlobal neft hasilatı proqnozunu artırıb

2023-cü ildə dünyada neft hasilatının artım tempi 0,77 milyon barel artaraq sutkada 100,8 milyon barelə çatacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında deyilir.

“OPEC+ üzvü olmayan ölkələrdə hasilat sutkada 1,9 milyon barel artacaq. Burada yenə də ABŞ öndə gedir və orada gündəlik 970 min barel artım olacağı gözlənilir”, - hesabatda deyilir.

2022-ci ildə qlobal neft hasilatının artımı ilə bağlı proqnozlar gündəlik 100 milyon barel olacaq. Artım 4,7 milyon barel olacaq. Artım lideri, proqnozlara görə, sutkada 1,6 milyon barel artım təmin edəcək Səudiyyə Ərəbistanı olacaq.

Noyabrda agentlik cari ilin sonunda dünya neft hasilatının sutkada 4,6 milyon barel artaraq sutkada 99,9 milyon barelə, gələn il isə 0,74 milyon barel artaraq 100,7 milyon barelə çatacağını gözləyirdi.

Son xəbərlər

Orphus sistemi