IEA: 2018-ci ildə neft tələbatında artım yavaşlayacaq
- 31 yanvar, 2018
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 yanvar. REPORT.AZ/ 2018-ci ildə qlobal neft tələbində artım 2017-ci illə müqayisədə yavaşlayacaq.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Beynəlxalq Energetika Agentliyinin (IEA) Neft Bazarları sektoru Departamentinin rəhbəri Neyl Atkinson (Neil Atkinson) bildirib.
ABŞ-da neft hasilatının 2018-ci ildə 1 mln. barel/gün artacağını ehtimal edən Atkinson OPEC xaricində neft hasilatının ümumilikdə 1,7 mln. barel/gün yüksələcəyini proqnozlaşdırdığını qeyd edib. Atkinson ilk rübdə neft bazarında təklifin tələbi üstələyəcəyini, ilin qalan hissəsində isə bazarda kiçik həcmdə kəsir olacağını bildirib.
IEA ilin sonuna qədər OPEC+ anlaşmasının davam edəcəyini və hasilatın məhdudlaşdırılacağını ehtimal edir.