İzafi qlobal neft ehtiyatları 2 dəfədən çox azalıb

İzafi qlobal neft ehtiyatları 2 dəfədən çox azalıb Bakı. 25 dekabr. REPORT.AZ/ Qlobal neft ehtiyatlarında izafi həcm son bir il ərzində 200 mln. barel azalaraq 140 mln. barelə enib. Report xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Rossiya 24 telekanalına müsahibəsində bildirib.
Energetika
25 Dekabr , 2017 11:47
İzafi qlobal neft ehtiyatları 2 dəfədən çox azalıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Qlobal neft ehtiyatlarında izafi həcm son bir il ərzində 200 mln. barel azalaraq 140 mln. barelə enib. "Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Bu gün hasilatın azaldılması ilə bağlı anlaşmanın nəticələrini təhlil edərkən doğru qərarın alındığını görürük. Neft bazarı sabitləşib, qiymətlər ötən ilə nəzərən 30% yüksəlib. Biz volatilliyin azaldığını, investisiyaların sektora geri qayıtdığını müşahidə edirik. İnvestisiyalar son 3 ildə ilk dəfə 5%-lik artım göstərib. Bu da onu deməyə imkan verir ki, neft sənayesi uzun böhrandan sonra bərpa olunur", - deyə A.Novak qeyd edib.

Son xəbərlər

Orphus sistemi