​İyunda OPEC ölkələri yenidən yığışacaq

​İyunda OPEC ölkələri yenidən yığışacaq 1969-cu ildə yaradılan OPEC-in ilk belə seminarı 2001-ci ilə keçirilib
Energetika
27 Noyabr , 2014 14:57
​İyunda OPEC ölkələri yenidən yığışacaq
Bakı. 27 noyabr. REPORT.AZ/ İyunun 3-4-də Vyanada OPEC ölkələrinin VI beynəlxalq seminarı keçiriləcək. "Report"un məlumatına görə, "Yanacaq - Qlobal inkişaf üçün mühərrik" (Petroleum — An Engine for Global Development) adlanan seminarda dünya ölkələrinin nazirləri, neft şirkətlərinin rəhbərləri, müstəqil analitiklər və sənaye tədqiqatçıları iştirak edəcəklər.

Məlumata görə, seminarda əsasən qlobal enerji proqnozları, bazarın stabilliyi, neft investisiyaları, texnologiya və ətraf mühit və başqa mövzularda müzakirələr aparılacaq.

Xatırladaq ki, 1969-cu ildə yaradılan OPEC-in ilk belə seminarı 2001-ci ildə keçirilib.

Son xəbərlər

Orphus sistemi