İxtiyar Axundov: "Neft-qaz layihələri üçün metal qurğuların Rusiya və Ukraynadan gətirilməsi daha əlverişlidir"

İxtiyar Axundov: "Neft-qaz layihələri üçün metal qurğuların Rusiya və Ukraynadan gətirilməsi daha əlverişlidir" Avtomobil nəqliyyatı vasitəsi ilə gətirilən məhsullar 7 dəfə daha baha başa gəlir
Energetika
6 Noyabr , 2014 15:59

Bakı. 6 noyabr. REPORT.AZ/ “Azərbaycanda neft-qaz layihələrinin reallaşdırılması üçün Rusiya və Ukraynadan metal qurğularının gətirilməsi daha əlverişlidir. Lakin təəssüflər olsun ki, buna nail ola bilməmişik, buna görə də həmin qurğular Yaponiya və başqa ölkələrdən gətirilir”. "Report"un məlumatına görə, bunu II ARDNŞ Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Forumunun ikinci iş günündə çıxış edən “Bos-Shelf” şirkətinin baş direktoru İxtiyar Axundov deyib.

İ.Axundov hesab edir ki, ölkəyə gətirilən məhsulların daşınması üçün ən ucuz vasitə dəniz nəqliyyatı, ən bahalı isə dəmir yolu nəqliyyatıdır: “Burada metal məhsullarının ölkəyə gətirilməsi vasitələrinə baxmalıyıq. Qiymət baxımından, ən ucuz vasitə dəniz nəqliyyatıdırsa, bu mənada ən bahalı vasitə dəmir yolu nəqliyyatıdır. Metal konstruksiyalarını Azərbaycana gətirmək üçün ən əlverişli vasitələrdən biri də avtomobl nəqliyyatıdır ki, bunun da müəyyən problemləri var. Metal məhsullarının ölkəyə gətirilməsi zamanı sənədləşmə problemləri yarana bilər. Bu isə layihənin rentabelliyini təhlükə altına alır. Digər tərəfdən, avtomobil nəqliyyatı vasitəsi ilə gətirilən logistik məhsullar dəniz vasitəsi ilə gətirilmədən 7 dəfə daha baha başa gəlir”.

“Bos-Shelf”in başçısının sözlərinə görə, hazırda şirkətin işçilərinin 95%-ni Azərbaycan vətəndaşları təşkil edir: “Əgər bir neçə il bundan əvvəl “Bos-Shelf”in işçilərinin 60%-i əcnəbilər, 40%-i yerli əhalidən idisə, indi fəxrlə deyə bilərəm ki, bizim şirkətin işçilərinin 95%-i yerli kadrlardır. Bir məsələni də vurğulamaq istərdim ki, “Bos-Shelf” bu vaxta qədər Azərbaycana müxtəlif neft-qaz qurğularının hazırlanması üçün 150 mindən artıq metal konstruksiya gətirib”.

Son xəbərlər

Orphus sistemi