İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib

İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib Bakı. 14 dekabr. REPORT.AZ/ İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.
Energetika
14 Dekabr , 2017 19:54
İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti bununla bağlı fərman imzalayıb.

Fərmana görə, “İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli fərmanında dəyişikliklər edilib.

Komissiyanın yeni tərkibindən mərhum energetika naziri Natiq Əliyev və müdafiə nazirinin keçmiş müavini Çingiz Məmmədovun adı çıxarılıb. Onların yerinə yeni energetika naziri Pərviz Şahbazovun və Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyevin adı əlavə olunub.

Son xəbərlər

Orphus sistemi