Yuxarı

İtaliyanın "Snam" şirkəti TAP-da pay ala bilər

Azərbaycan Prezidenti İlham Əliyev bunu mümkün sayır

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan tərəfi İtaliyanın "Snam" şirkətinin Trans-Adriatik qaz boru kəmərində (TAP) pay sahibi olması məsələsinin müzakirəsi üçün açıqdır. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün İtaliyada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ölkə başçısı "Milan EXPO-2015" sərgisində çıxışı zamanı səhmdarlardan hansınınsa pay satmasının mümkün oluğunu açıqlayıb: "Niyə də yox? Əgər başqa səhmdarlar öz paylarını satmaq niyyətindədirsə, burada heç bir problem görmürəm".

"Snam"ın icraçı direktoru Karlo Malakarne (Carlo Malacarne) isə iyunda "Reuters"ə verdiyi müsahibəsində bildirib ki, şirkət TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

Prezident İlham Əliyev TAP-ın tikintisinin 2020-ci ildə başa çatacağını deyib.

Xatırladaq ki, pay bölgüsünə əsasən BP, SOCAR və "Statoil" hərəsinə 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas" və 5%-i isə isveçin "Axpo" şirkətinə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi