Yuxarı
    Bağlamaq

    İtaliyalı nazir: “TAP strateji infarstrukturdur və enerji təhlükəsizliyi üçün vacibdir”

    “Apuliyada işlər davam etdirilməlidir”

    Bakı. 6 aprel. REPORT.AZ/ "Trans-Adriatik Boru Kəmərinin Apuliya hissəsində işlər davam etdirilməli və zeytun ağaclarının köçürülməsi əleyhinə etirazlar gələcəkdə gecikmə kimi təhlükə yaratmamalıdır."

    “Report” İtaliya KİV-inə istinadən xəbər verir ki, bunu İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib.

    Nazir deyib ki, TAP-ın Melendunyo (Melendugno) şəhərinə gəlməsinə alternativlərin çox diqqətli şəkildə qiymətləndirilməsindən sonra icazə verilib.

    “TAP strateji infarstrukturdur və enerji təhlükəsizliyi üçün vacibdir” - K.Kalenda söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi