​İtaliya şirkəti Cənubi Qafqaz boru kəmərinin qaynaq işlərini yoxlayacaq

​İtaliya şirkəti Cənubi Qafqaz boru kəmərinin qaynaq işlərini yoxlayacaq Şirkət "Saipem-AzFen" konsorsiumu tərəfindən seçilib
Energetika
10 Sentyabr , 2015 15:13
​İtaliya şirkəti Cənubi Qafqaz boru kəmərinin qaynaq işlərini yoxlayacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ İtaliyanın "Rina Services" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli üçün inşa olunan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi çərçivəsində qaynaq işlərini təftiş edəcək.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Qeyd olunub ki, boru kəmərinin tikintisini aparan "Saipem-AzFen" konsorsiumu "Rina Services" şirkətini yoxlama aparmaq üçün seçib.

Müqavilə 424 km Azərbaycanda və 63 km Gürcüstanda yoxlama üçün avadanlıqların quraşdırılmasını da əhatə edir və bu işlər 30 ay müddətdə aparılacaq.

Azərbaycan və Gürcüstanda işləyəcək şirkətin mütəxəssislərindən ibarət iki komanda boru kəmərinin qaynaq hissələrini vizual, rentgen, avtomatik və əllə ultrasəs yoxlamadan keçirəcək.

Qeyd edək ki, "Rina Services" 2014-cü ildə Bakıda, bu il isə Gürcüstanda ofis açıb. Şirkət dünyanın müxtəlif ölkələrində yoxlama-təftiş işləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi