İtaliya Azərbaycana alternativ enerji sahəsində təcrübəsini bölüşməyi təklif edir

İtaliya Azərbaycana alternativ enerji sahəsində təcrübəsini bölüşməyi təklif edir Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan və İtaliya üçün iki ölkə arasındakı münasibətlər faydalıdır.
Energetika
18 İyul , 2018 16:52
İtaliya Azərbaycana alternativ enerji sahəsində təcrübəsini bölüşməyi təklif edir
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan və İtaliya üçün iki ölkə arasındakı münasibətlər faydalıdır.

"Report"un məlumatına görə, bunu Azərbaycan-İtaliya biznes forumu çərçivəsində "Enerji və təmiz texnologiyalar" adlı paneldə İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib.

M.Ceraçi alternativ enerji sahəsində tərəfdaşlığın potensialını qeyd edib: "Bizim şirkətlərin bu sahədə təcrübəsi var və biz Azərbaycanla bu təcrübəni bölüşə bilərik. İtaliya hazırda enerjiyə olan ehtiyaclarının 43%-ni alternativ enerjidən alır".

İtaliyalı nazir müavini eyni zamanda enerji effektivliyinin artırılması sahəsində də əməkdaşlıq potensialının olduğunu deyib.

Ölkənin enerji təhlükəsizliyinə toxunan M.Ceraçı bu mənada təbii qaz idxal marşrutlarının şaxələndirilməsinin önəmini bildirib. 

Son xəbərlər

Orphus sistemi