İsmayıllının ucqar dağ kəndinin qazlaşdırma işlərinə başlanılıb

İsmayıllının ucqar dağ kəndinin qazlaşdırma işlərinə başlanılıb Bakı. 9 fevral. REPORT.AZ/ Ölkə başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İsmayıllı rayonunun, Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.
Energetika
9 Fevral , 2018 12:03
İsmayıllının ucqar dağ kəndinin qazlaşdırma işlərinə başlanılıb
Azeriqaz104.az

Bakı. 9 fevral. REPORT.AZ/ Ölkə başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İsmayıllı rayonunun, Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.

“Report”un Birliyə istinadən verdiyi xəbərə görə, layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda məxbəxdə yerləşən qaz cihazına qədər 7 900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub. Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılmış, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı,qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb.

“Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1 500 metr hündürlükdə yerləşən Lahıc kəndi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Çətin çoğrafi mövqedə yerləşməsinə baxmayaraq, füsunkar təbiətə malik olan kənd istər tarixi abidələri, istərsə də misgərlərin, zərgərlərin, dülgərlərin, xalçaçıların və s.ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bütün bunlar isə öz növbəsində Lahıc kəndinin turizm bölgəsinə çevrilməsində əvəzsiz rol oynayır.

Məhz son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial iqtisadi inkişafı və turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində apardığı islahatlar Lahıcın da həyatında özünü göstərir. Prezidentin tövsiyyələrinə uyğun olaraq Lahıc kəndində turizmin inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi