​İstanbulda beynəlxalq energetika konfransı keçiriləcək

​İstanbulda beynəlxalq energetika konfransı keçiriləcək Üç gün davam edəcək tədbirdə 35 ölkədən 400-ə yaxın şirkət iştirak edəcək
Energetika
5 May , 2015 14:31
​İstanbulda beynəlxalq energetika konfransı keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ Mayın 6-da İstanbulda (Türkiyə) XXI Beynəlxalq energetika və ətraf mühtin qorunması (ICCI-2015) sərgi-konfransı işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, üç gün davam edəcək sərgi-konfransda 35 ölkədən 400-ə yaxın şirkətin nümayəndələri iştirak edəcəklər.

Toplantı iştirakçıları elektrik enerjisinin paylanmasına, enerji qaynaqlarının bərpa olunması üçün sərmayə qoyuluşuna, elektrik enerjisi bazarının tənzimlənməsinə, Günəş enerjisində istifadə sisteminə, istilik elektrik stansiyalarının fəaliyyətinə, daş kömür hasilatına, atom və külək enerjisindən istifadəyə dair məsələləri müzakirə edəcəklər.

Tədbir Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Şəhərsalma İdarəsi və Türkiyə Enerji bazarının tənzimlənməsi İdarəsinin dəstəyi ilə keçirilir.