I rübdə Gürcüstan ərazisindəki neft kəmərləri ilə 70 mln. barel neft daşınıb

I rübdə Gürcüstan ərazisindəki neft kəmərləri ilə 70 mln. barel neft daşınıb Tbilisi. 19 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Gürcüstan ərazisindəki neft kəmərləri ilə 69,9 mln. barel neft daşınıb.
Energetika
19 Aprel , 2018 14:51
I rübdə Gürcüstan ərazisindəki neft kəmərləri ilə 70 mln. barel neft daşınıb

Tbilisi. 19 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Gürcüstan ərazisindəki neft kəmərləri ilə 69,9 mln. barel neft daşınıb.

“Report”un Gürcüstan bürosu “Gürcüstan Neft Qaz Korporasiyasına (GOGC) istinadla xəbər verir ki, bu göstərici da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.

Məlumatda deyilir ki, cari ilin ilk üç ayında əsas neft kəməri olan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Türkiyəyə (Ceyhan limanı, Aralıq dənizi) 62 mln. barel neft ötürülüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) ilə Bakıdan Supsa limanı (Qara dəniz, Gürcüstan) vasitəsilə 7,9 mln. barel (2017-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% çox) neft daşınıb.

BTC ilə ən çox neft yanvar ayında (21,7 mln. barel), Bakı-Supsa ilə isə mart ayında (2,7 mln. barel) daşınıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ildə Gürcüstan ərazisindən neft daşınmaları 2016-cı illə müqayisədə 281,7 mln. barel və ya 0,9% azalmışdı. Ötən il BTC ilə 253,1 mln. barel (2016-cı illə müqayisədə 0,3% az), Bakı-Supsa ilə 28,6 mln.barel (56,1% az) neft daşınıb. 

Son xəbərlər

Orphus sistemi