"İrma" qasırğası neftin ucuzlaşmasına gətirib çıxarıb

"İrma" qasırğası neftin ucuzlaşmasına gətirib çıxarıb "Brent" markalı neftin qiyməti 53,77 dollara düşüb
Energetika
8 Sentyabr , 2017 23:41
İrma qasırğası neftin ucuzlaşmasına gətirib çıxarıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Neftin dünya qiymətləri bu gün axşam saatlarında aşağı düşməyə başlayıb. WTI markalı yüngül neft "İrma" qasırğası ilə bağlı təhlükə səbəbindən 3 faizdən çox ucuzlaşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 22.27-yə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin dəyəri 1,32 aşağı düşərək bir barelə görə 53,77 dollar təşkil edib. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti 3,14 aşağı düşərək bir barel üçün 47,48 dollara bərabər olub.

Neftin qiymətləri təkcə Florida ştatına deyil, həmçinin Corciyanın da bir sıra rayonlarına üz verə biləcək "İrma" qasırğasının yaxınlaşması ilə əlaqədar sürətlə düşməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi