İri neft şirkətləri artıq bazarın inkişaf dövrünün yaxınlaşdığını düşünür

İri neft şirkətləri artıq bazarın inkişaf dövrünün yaxınlaşdığını düşünür BP şirkəti 2017-ci ildə tarixinin ən böyük layihələrinin icrasına başlayacaq
Energetika
14 Mart , 2017 16:02
İri neft şirkətləri artıq bazarın inkişaf dövrünün yaxınlaşdığını düşünür

Bakı. 14 mart. REPORT.AZ/ Son günlər qlobal bazarda neft qiymətləri 10% azalsa da, aparıcı neft şirkətlərinin rəhbərləri gələcəyə nikbin gözləntilərlə baxırla. "Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, bununla bağlı hesabat ABŞ-ın "Goldman Sachs" bankının analitikləri tərəfindən hazırlanıb. 

Bankın ekspertləri neft şirkətlərinin hesabatlarını təhlil edərək belə bir qənaətə gəliblər ki, "neft sektoru üçün "pis günlər" geridə qalıb və artıq inkişaf dövrü başlayır". "Goldman Sachs"a görə, bəzi şirkətlər ehtiyatlı qalmağa davam etsə də, ümumilikdə sektor yenidənqurma və yenidən təşkilatlanma prosesinə başlayıb. Bankın hesablamalarına əsasən, neft şirkətlərinin 85%-i 2017-ci ildə kapital xərclərini artırmağa hazırlaşır. Şirkətlər neft qiymətlərinin düşdüyü dövrdə xərclərini azaltmağa müvəffəq olub ki, bu da qiymət artımı dövründə onlara böyük gəlirlər vəd edir.

"Schlumberger" şirkətinin baş icraçı direktoru Paal Kibsqaard (Paal Kibsgaard) bildirib ki, böhranın "dib" nöqtəsi artıq keçilib və tezliklə bazarda bərpa dövrü başlayacaq.

BP şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) isə rəhbərlik etdiyi şirkət 2017-ci ildə tarixinin ən böyük layihələrinin icrasına başlayacaq. O həmçinin, şirkətin xərclərini 40% azaltmağa müvəffəq olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi