İraqlı nazir ölkədəki xarici şirkətləri neft hasilatını və ixrac həcmini artırmağa çağırıb

İraqlı nazir ölkədəki xarici şirkətləri neft hasilatını və ixrac həcmini artırmağa çağırıb Bu addım ölkənin gəlirlərinin artırmaq məqsədi ilə atılıb
Energetika
23 Avqust , 2016 16:23
İraqlı nazir ölkədəki xarici şirkətləri neft hasilatını və ixrac həcmini artırmağa çağırıb

Bakı. 23 avqust. REPORT.AZ/ İraqın neft sənayesi naziri Cabbar əl-Laibi ölkədə fəaliyyət göstərən xarici şirkətləri neft hasilatını və ixrac həcmini artırmağa çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, bu addımı ölkənin gəlirlərini artırmaq məqsədi ilə atıb.

Naziri beynəlxalq şirkətlərin neft və qaz hasilatını və ixrac tempini artırması ilə bağlı fəaliyyətlərini dəstəklədiyini təsdiqləyib.

C.Əl-Laibi parlamentin təsdiqindən sonra avqustun 15-də neft naziri vəzifəsinə təyin edilib. O, daha əvvəl "İraq Cənubi Neft Şirkəti"nə rəhbərlik edib.

OPEK-in məlumatına görə, İraq bu ilin iyul ayında sutkada 4,3 milyon barel neft istehsal edərək bu göstəricini iyun ayı ilə müqayisədə 74,8 min barel artırıb.

Xatırladaq ki, İraq OPEK-də Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi