İraq OPEC+ sazişinə əsasən neft hasilatını azaltmağa başladı

İraq OPEC+ sazişinə əsasən neft hasilatını azaltmağa başladı İraq mayın 1-dən etibarən OPEC+ sazişinə əsasən Bəsrədəki yataqlarında neft hasilatını azaltmağa başlayıb.
Energetika
1 May , 2020 16:44
İraq OPEC+ sazişinə əsasən neft hasilatını azaltmağa başladı

İraq mayın 1-dən etibarən OPEC+ sazişinə əsasən Bəsrədəki yataqlarında neft hasilatını azaltmağa başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, hasilatın azaldılmasına “Qərbi Kurna-2” yatağından başlanılıb.

Daha əvvəl ölkənin Neft naziri Tamer əl-Qədban İraqın OPEC+ çərçivəsində qəbul edilmiş yeni sazişin icrası məqsədilə mayın 1-dən neft hasilatını 22,8% azaltmağa başlayacağını bildirmişdi.

Xatırladaq ki, OPEC+ ölkələri aprelin 12-də keçirilmiş təcili videokonfransda neft hasilatının azaldılması üzrə saziş əldə edə biliblər. Saziş neft hasilatının may-iyun aylarında gündəlik 9,7 milyon barel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinə qədər olan müddətdə isə gündəlik 5,8 milyon barel azaldılmasını özündə ehtiva edir.

Son xəbərlər

Orphus sistemi