İraq neft hasilatını artırmağa hazırlaşır

İraq neft hasilatını artırmağa hazırlaşır Bakı. 26 dekabr. REPORT.AZ/ 2018-ci ildə Çin və Hindistanın neftə olan tələbatə artacaq, bu da qiymətlərin yüksəlməsinə yol açacaq. Bununla yanaşı, növbəti ildə qlobal neft ehtiyatları azalmağa davam edəcək. Report Forexpf.ru saytına istinadən xəbər verir ki, bu açıqlamanı İraqın energetika naziri Cabbar əl-Luaibi Baqdadda jurnalistlərə müsahibəsi zamanı verib.
Energetika
26 Dekabr , 2017 12:40
İraq neft hasilatını artırmağa hazırlaşır
Report

Bakı. 26 dekabr. REPORT.AZ/ 2018-ci ildə Çin və Hindistanın neftə olan tələbatə artacaq, bu da qiymətlərin yüksəlməsinə yol açacaq. Bununla yanaşı, növbəti ildə qlobal neft ehtiyatları azalmağa davam edəcək. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı İraqın energetika naziri Cabbar əl-Luaibi Baqdadda jurnalistlərə müsahibəsi zamanı verib.

Nazir bildirib ki, "böyük ehtimalla, 2018-ci ilin ilk rübündə neft bazarında tarazlıq tam təmin ediləcək".

Qeyd edək ki, İraq OPEC-ın ikinci ən böyük neft hasilatcısıdır. İraqın oktyabr ayında neft hasilatı ötən illə müqayisədə 9,7% azalaraq 4,36 mln. barel/gün təşkil edib. İraq OPEC+ anlaşması bitdikdən sonra neft hasilatını sürətlə artırmağı düşünür. Belə ki, yanvar ayında İraq hökumətinin Çinin "ZhenHua Oil Co." şirkətinə Bağdad yaxınlığında yatağın işlənməsi üçün icazə verəcəyi bildirilir. Bununla yanaşı, son günlərdə İraq "Subba" yatağında test hazırlıqlarına başlayıb. Həmçinin, İraqın "Royal Dutch Shell" şirkətindən "Məcnun" yatağını almaq üçün prosesə başladığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi