İraq: "Bizdən hasilatı azaltmağı istəmək ədalətsizlikdir"

İraq: "Bizdən hasilatı azaltmağı istəmək ədalətsizlikdir" Bu açıqlamadan sonra "Brent" markalı neft 2,2% ucuzlaşıb
Energetika
22 Noyabr , 2016 17:10
İraq: Bizdən hasilatı azaltmağı istəmək ədalətsizlikdir

Bakı. 22 noyabr. REPORT.AZ/ "İraqdan neft hasilatını azaltmağı tələb etmək ədalətsizlikdir". 

"Report"un "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib. 

Nazir qeyd edib ki, İraqa hasilatı artırmağa imkan yaratmaq lazımdır: "İraq xüsusi şəraitdə yaşayır. Biz müharibə edirik".

Açıqlamadan sonra neft bazarında OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək sammitinin müsbət nəticələnəcəyinə ümidlər yenidən azalıb. 

Rusiyanın "Sberbank"ından Mixail Şeybe və İskəndər Lutsko bildiriblər ki, investorlar çox ehtiyatlı olmalıdırlar: "İraq əvvəllər də hasilat kvotasının həcmi ilə bağlı iradlar bildirib. İraqın bu dəfə sammitdə təklif edəcəyi təşəbbüslər bazar üçün əlverişsiz olarsa və sammitə 1 həftə qalmış ictimaiyyətə açıqlanarsa, bu, neft qiymətlərinin kəskin azalmasına səbəb ola bilər".

Qeyd edək ki, İraqın xarici işlər nazirinin bugünkü açıqlamasından sonra "Brent" markalı neft 2,2% azalaraq 49,96 dollar/bareldən 48,84 dollar/barelə kimi geriləyib və hazırda dünənki bağlanış qiymətinin 0,45% üzərində, yəni 49,1 dollar/barel təşkil edir. 

Son xəbərlər

Orphus sistemi